İsmayıllıda 1918-ci il

erməni vəhşilikləri

Həqiqətlər, faktlar

Ermənilərin dünyanın bir çox yerlərində uydurma “erməni genosidi” haqqında erməni xislətinə xas olan həyasız hay-küy qaldırmasına baxmayaraq tarixi həqiqət onların dediklərinin tam əksini təsdiq edir. Elə 1918-ci ildə yaranmış əlverişli şəraitdən yararlanaraq ermənilərin türklərə, azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər dediklərimizə sübutdur. Sadəcə, fərq ondadır ki, ermənilər yalanı, uydurma “tarixi” həqiqət kimi qələmə verməyə çalışır, biz isə məlum həqiqətləri bəzən unuduruq, yazmırıq, dünyaya car çəkmirik. Unudulmuş keçmiş isə tarix deyil...  Bu yazıda Hacıhətəmlinin timsalında 1918-ci ildə ermənilərin İsmayıllı ərazisində törətdikləri vəhşiliklər barədə bəzi faktları söyləmək istəyirəm. Ermənilərin İsmayıllı rayonu ərazisində məskunlaşmasını bəzi ermənilər Şah Abbas dövrü ilə (XVI-XVII əsrlər) əlaqələndirirlər. Həqiqətdə isə, bu sualın ən düzgün cavabını alban tarixinin çağdaş dövrdə ən tanınmış araşdırıcısı F.Məmmədova vermişdir. O, “Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası” adlı monoqrafiyasında elmi dəlillərə əsaslanaraq göstərir ki, İsmayıllıda yerləşən erməni əhalisi 1828-1830-cu illərdə İran və Türkiyədən qovulmuş erməni əhalisidir və çar Rusiyası tərəfindən bu bölgədə yerləşdirilmişdir. Xatırladım ki, adı çəkilən monoqrafiyanın elmi redaktoru akademik Ziya Bünyadovdur. Ermənilər məskunlaşdığı ərazilərə öz “möhürünü vurmaq” məqsədil toponimikanı, tariximizin şahidi olan alban abidələrini “erməniləşdirməyə” başlamış və bu ərazinin “qədim sakinləri” olduqlarını sübut etməyə çalışmışlar.

Bəs 1918-ci ildə bizim bölgədə nələr baş verib?

1918-ci ilin yazında məlum mart hadisələrindən sonra Şamaxı, Ağsu, İsmayıllı bölgəsində erməni başkəsənləri fəallaşmışlar. Bu ərazidə başkəsənlərə sovet dövründəgörkəmli bolşevikkimi “26-ların siyahısına salınmış mənfur Əmiryan qardaşları başçılıq  etmişlər. Göyçay istiqamətində döyüşlər ərəfəsində XKS-nin qoşunları əlverişli şərait yaratmaq  məqsədilə birinci Hacıhətəmli kəndini hədəf seçiblər, çünki bu kənd erməni kəndlərinin əhatəsində idi, coğrafi mövqeyinə görə Göyçaya yaxın idi yüksəklikdə yerləşir.Kəndin alınması Göyçaya hücum üçün əlverişli şərait yaradırdı. Kəndə hücum ərəfəsində ermənilər kəndin yüzbaşısı Zülfüqarı daha bir neçə sakini xüsusi qəddarlıqla qətlə yetirmişlər. Uzun müddət orduya çağrılmadıqlarına görə silah atmağı bacarmayan kənd cavanları  çar ordusunda xidmət edib, döyüşməyi öyrənən ermənilərlə müqayisədə çox zəif idilər. Həmçinin erməni kəndlərinin əhalisini təşkil etmək üçün silahlı nizami dəstələr göndərilirdi. Belə bir şəraitdə Hacıhətəmli camaatı pis vəziyyətdə qalmışdı. Gecə ikən ermənilərin kəndə silahlı hücum edəcəyindən xəbər tutan kənd camaatı at-arabalarla Göyçay istiqamətində qaçıb canını xilas edir. Həmin hadisələrin şahidi olmuş atam İdris Məmmədov söhbət edirdi ki, o vaxt 10-12 yaşım vardı. Göyçayın yaxınlığında çayın sahilində alaçıqlar qurub yerləşdik, yaşıdlarımla mal-qara otarırdıq, gördüm ki, dəstə-dəstə nizamlı dəstələr gəlir, qaçıb gizlənirdik. Sonradan bildik ki, onlar erməni deyillər, türk qardaşlarımızdırlar. Azərbaycan xalqının köməyinə gələn Qafqaz Türk Ordusunun əsgərləri topların köməyilə Hacıhətəmli istiqamətində hücuma keçdilər, kənd cavanları da onlara qoşuldular. Mollaisaqlı kəndinin yaxınlığındaİrəmədeyilən yerdə erməni topunun zərbəsindən bir türk çavuşu həlak olur, elə yerindəcə dəfn olunur (türklərdə qayda belə idi). (Sovet dövründə türk qəbirlərinə düşmən münasibət bəslənilsə , kənd ağsaqqalı Həmid Ağayev türk çavuşunun qəbrini abadlaşdırmış, daim onlara ehsan verir, ruhuna dualar oxuyurdu. 60- illərin ortalarında ona Bakıya gələn Türkiyənin o vaxtkı baş naziri S.Dəmirəlin adından Türkiyəyə getmək üçün viza da verilmişdi). Hal-hazırda  həmin yerdə Türkiyə hökumətinin dəstəyi ilə Mustafa çavuş şəhidlik abidəsi, habelə Hacıhətəmli kənd qəbirsanlığında kəndi azad edərkən həlak olmuş türk əsgərlərinin şərəfinə abidə ucaldılmışdır bu abidələr gənc  məktəblilərin ziyarət yeridir, əsl tarixi həqiqətləri anlamaq, dərk etmək üçün... Abidənin  üstündə yazılmışdır: “Bu kabirde 1918 yılında Türk Kafkaz Ordusuyla Vatanın bu topraklarına gelmiş, savaşmış, şehit düşmüş, TÜRK ASKERLER yatmakdadır”.O vaxtkı hadisələrin şahidləri söhbət edirdi ki, türklər kəndi azad etdikdən bir neçə gün sonra kənd camaatı geridoğma yurda dönür, lakin görürlər ki, kənddə salamat bina  qalmamış, ermənilər tərəfindən talan edilmiş, dağıdılmış, apara bilmədiklərinə isə od vurmuşlar. Vəhşi ermənilər hətta kənd məscidini yandırmışdılar. Ermənilər bu cür insanlığa yaraşmayan qəddarlıq etsələr , türklər kəndləri ermənilərdən azad etdikdə kəndlərdə hərbi  məhkəmə qurub yalnız cinayətkarları cəzalandırıb, dinc əhaliyə, arvad-uşağa, qocalara dəyməyiblər (əslindədinc erməninin mövcud olması inandırıcı görünmür). 1920-ci ildən sonra ermənilər qiyafələrini dəyişib Sovet hökumətininqayğısıilə öz kəndlərinə qayıtdılar, mühüm postları tutmağa başladılar, hüquq-mühafizə orqanlarında səlahiyyət sahibi olub azərbaycanlılara qarşı soyqırımını yeni üsulla (“pambıqla baş kəsməküsulu ilə) davam etdirməyə başladılar. Onların apardığı repressiya siyasəti,  toponikamızın erməniləşdirilməsi sahəsində gördüyü iyrənc   saxta işlər barədə dəfələrlə mətbuatda çıxış etmişəm düşünürəm ki, bu  məsələ daim tarixçilərimizin diqqət mərkəzində saxlanmalıdır, çünki tarix bizi riyakar, daim torpaqlarımızda, sərvətlərimizdə, lap elə musiqimizdə, kulinariyamızda da gözü olan ermənilərlə qonşu salıb!!! Təsəvvür edin, Sovet hakimiyyəti əleyhinə Şəki üsyanı baş verir ya Ağdaşda Hüsü Hacıyev öldürülür, erməni istintaqçılar isə gəlib İsmayıllının müxtəlif kəndlərində ağlı kəsən, ziyalı insanları şantaj edir, adlarını bu üsyan qətllə bağlayır, həbs etdirir, ən azı incidirdilər. Deməli, onlar heç vaxt silahı yerə qoymayıblar. HəmişəBöyük Ermənistan xülyası ilə yaşayıblar indi yaşayırlar. Dağlıq Qarabağ məsələsi indi , Naxçıvan Qarsla, Axalkalaki ilə bağlı erməni iddiaları da bunu sübut edir. 1918-ci ildə İsmayıllı ərazisində ermənilərin törətdikləri qəddarlıqla bağlı müəyyən araşdırmalar aparmışam. Azərbaycandakı Türkiyə səfirliyi vasitəsilə əldə etdiyim arxiv materiallarında İsmayıllının bir sıra kəndlərində törədilmiş  cinayətlər haqda əlavə bilgilər əldə etdim onların bəzilərini oxucuların diqqətinə çatdırmaq istəyirəm. “Azərbaycan bilgilərində erməni sorunu” (1918-1920) adlı arxiv materiallarından rayonumuzun daha bir neçə kəndində baş vermiş hadisələri izləyək. Bu mənbədə 1919-cu ildə istintaq komissiyasının apardığı işlər əldə etdiyi məlumatlar, rəsmi faktlar  göstərilir. Məsələn, orada oxuyuruq: “Şamaxıya daxil olan Tircan kəndində kənd  muxtarı (ağsaqqalı) İbrahim Əkbəroğlu tərəfindən yazılan 12 aprel 1919-cu il tarixli izahatda göstərilir ki, 1918-ci ilin martında kənddə ermənilər tərəfindən 300 kişi, 40 qadın, 20 uşaq öldürülmüş, evlərin yandırılması nəticəsində 3 milyon rubl, 2 min baş iribuynuzlu, min baş xırdabuynuzlu mal-qara məhv etməklə 13 milyon rubl, ümumilikdə, 21,9 milyon rubl məbləğində ziyan vurulmuşdur. Akt kənd səlahiyyətlisi şahidlər tərəfindən təsdiqlənmişdir.

Zərnava kəndinin muxtarı Cəlal İbrahimoğlu tərəfindən imzalanan aktda kənddə 40 kişi, 4 qadın, 5 uşağın ermənilər tərəfindən qətlə yetirilməsi, 3,13 milyon rubl məbləğində camaata ziyan vurulduğu bildirilir.

Bizlan kəndində isə 50 kişi, 30 qadın, 20 uşaq öldürülmüş, 60 ev yandırılmış, 6,45 milyon rubl maddi ziyan vurulmuşdur.

Mücü kəndinin muxtarı Məşədi Teymur Əliməmmədoğlu ifadəsində 150 kişinin, 55 qadının, 25 uşağın qətlə yetirildiyini, 7,15 milyon rubl ziyan vurulduğunu göstərir.

Zeyvə kənd muxtarı Əlibaba Əşrəfoğlu öz izahatında ermənilər tərəfindən 30 kişi, 20 qadın, 32 uşağın amansızcasına qətlə yetirilməsini, cəmi 30 evin salamat qalmasını, qalan evlərin yerlə yeksan olmasını, əhaliyə 1,84 milyon rubl məbləğində ziyan vurulduğu söyləyir. Faktlar çoxdur, lakin erməni qəddarlığını duymaq, tarixi həqiqətləri bilmək üçün bunlar da kifayətdir. Axtarmalıyıq, aşkar etməliyik, öyrənməliyik, yadda saxlamalıyıq, yaddaşımıza əbədi həkk etməliyik ki, bir vaxtlar olduğu kimi, “Biz sizdən öyrəndik qəhrəmanlığı şüarı ilə cəllad Şaumyanın rəhbərlik etdiyi “26-ları, xalqımızın başına olmazın oyunlar gətirmiş, tariximizi saxtalaşdırmış Mikoyanlar, Lenininqayğısıilə əfv olunmuş quldur, Şamaxıda, İsmayıllıda b. bölgələrdə saysız-hesabsız amansızlıqlar törətmiş S.Lalayanları bizə qəhrəman kimisırımasınlar”. Həqiqət hər şeydən yüksəkdə durur, biz əsl həqiqəti bilmək üçün daim keçmişimizi öyrənməliyik, müdriklər demişkən, tez-tez arxaya boylanmalıyıq ki, haradan gəldiyimizi haraya getdiyimizi yaxşı bilək.

Saytın bu bölməsi T.Cəbiyevanın "Babadağdan baxan ellər" kitabındanda dərc edilmiş  Hacıhətəmli kənd orta məktəbinin tarix müəllimi M.Məmmədovun məqaləsi əsasında hazırlanmışdır.


Check Google Page Rank

Мусульманские праздники
Праздники Азербайджана