Musiqi
|
Kəmalə
Rəhimli |
||
|
Kəmalə
Nağı
qızı
Rəhimli
oxuyanda
sanki
başqa
aləmdə
olur,
məlahətli
səsi
qeybdən
gəlir,
dinləyəni
uzaqlara -
hiylə, riya
olmayan, yalnız
saf
məhəbbət,
azad
dünya,
möcüzəli
bir
aləmə
aparır.
Saatlarla
dinləsən
də, yenə
dinləmək
istəyirsən
bu
sehrli-sirli
səsi. Xoş
və
həzin
səsi
sanki
mahnıların
və
muğamların
boyuna
biçilib.
Sirli-sehrli
nəfəsi
eşidəni
öz
cazibə
sahəsindən
kənara
buraxmır,
dinlədikcə
dinləmək
istəyirsən.
Sadə
el
deyimi
ilə
desək “səsi
insanın
iliyinə,
sümüyünə
işləyir”. Bu
sehrli
səs
hamımızın
sevimlisi, yüz
minlərlə
insanların
pərəstiş
etdiyi, sevdiyi,
sevə-sevə
dinlədiyi
Kəmalə
xanım
Rəhimliyə
aiddir.
Kəmalə
Nağı
qızı
Rəhimli 1952-ci
il
oktyabrın 5-də
Qala
kəndində
dünyaya
gəlib.
Orta
məktəbi
Bakı
şəhərində
bitirib. 1971-ci
ildə
Asəf
Zeynallı
adına
Musiqi
Məktəbinin
muğamat
və
xalq
mahnıları
şöbəsinə
daxil
olub
və 1975-ci
ildə
həmin
məktəbi
bitirib. Onun
müəllimləri
Əhməd
Bakıxanov,
Şəmsi
Kərimov,
Hacıbaba
Hüseynov,
Nəriman
Əliyev
və
bir
sıra
görkəmli
sənət
korifeyləri
olmuşdur. Kəmalə
xanımın
səhnəyə
ilk
gəlişi “Lalə”
qızlar
ansamblından
başlayıb. Sonrakı
illərdə
o,
Azərbaycan
Dövlət
Filarmoniyasının solisti,
Ağasi
Məşədibəyovun
rəhbərlik
etdiyi
ansamblda
çalışıb. K.
Rəhimli 1980-ci
ildə
korifey
sənətkarımız
Rəşid
Behbudovun
dəvəti
ilə
onunla
birgə
səhnə
fəaliyyətində
çalışıb. 2000-ci
ildə
isə
Moskva
şəhərində
Nəsibə
Zeynalova
adına
Azərbaycan
Dövlət
teatrının
yaradıcılarından biri
olub.
Özünəməxsus
ifa
tərzi
ilə
ürəklərə
yol
tapan
müğənni
Asiya, Avropa,
Almaniya,
Rusiya,
Müstəqil
Dövlətlər
Birliyinin
bütün
ölkələrində
qastrol
səfərlərində
olub.
K.
Rəhimli “Ostankino”
televiziyasının “Sehrli
səs”
mükafatı
və
diplomu
ilə
təltif
olunub.2006-cı
ildə
Azərbaycan
Respublikası
prezidentinin
fərmanına
əsasən
Kəmalə
Nağı
qızı
Rəhimliyə
Azərbaycan
Respublikasının “Əməkdar
artisti”
fəxri
adı
verilib. |
||
| Sevda Ələkbərzadə Əlvida | ||
| Sevda Ələkbərzadə - Sən | ||
| Sevda Ələkbərzadə - Ulu vətən | ||
| Sevda Ələkbərzadə- Gecə Gündüz 'Uzun incə bir yoldayım' | ||
| Sevda Ələkbərzadə - Dəli Arzular | ||
|
||
| Bəyimxanım Mirzəyeva- Sarı gəlin(TRT1-də) | ||
| Bəyimxanım Mirzəyeva- Sev məni | ||
| Bəyimxanım Mirzəyeva- Şuşanın dağları | ||
| Bəyimxanım Mirzəyeva- Dilkeş təsnifi | ||
| Bəyimxanım Mirzəyeva- Mahur təsnifi | ||
|
Əslən İsmayıllının Yuxarı Cülyan kəndindən olan Bəyimxanım Ənvər qızı Mirzəyeva 1989-cu il sentyabrın 20-də anadan olub. Lap körpəlikdən ifaçılığa, xüsusən, muğama meylliliyi aşkar hiss olunub. 2-3 yaşlarında olarkən televiziyada muğam səsləndiriləndə həmişə kənarda ağlayırmış. Artıq 3 yaşından Ə.Cavanşirovun “Bənövşə” uşaq xorunda solist kimi çıxış edərək sənətdə ilk addımlarını atıb. Elə o vaxtlar televiziyada ilk çıxışı rəğbətlə qarşılanıb. Sonradan Uşaq Filarmoniyasında sənətini davam etdirib, Zabit Nəbizadə kimi mahir ifaçıdan ecazkar səs dünyasının sirlərini öyrənib. Bəyimxanım xalq artistləri İslam Rzayev və Əlibaba Məmmədovun təklifi ilə Bülbül adına orta ixtisas musiqi məktəbinə qəbul edilib, xalq artisti Ağaxan Abdullayevin sinfində muğamın incəliklərini öyrənib. Müxtəlif muğam müsabiqələrində uğurla çıxış edib: Fransa, Almaniya, Türkiyə, Ukrayna, Qırğızıstan... Bəyimxanımın muğam səyahətlərinin coğrafiyası genişlənməkdədir. Bir çox muğamlarımızı məharətlə ifa edən Bəyimxanım əsl sənətkarlara xas özünə qarşı tələbkarlıqla yanaşır, daim üzərində çalışır, kamil sənətə doğru inamla irəliləyir. |
||
| Pünhan İsmayıllı -Aşıq Zülfiyyə | ||
|
Pünhan
Baba
oğlu
İsayev -İstedadlı
söz
ustası,
el
şənliklərinin mahir
aparıcısı,
şeirimizin,
sözümüzün
mahir
təbliğatçısı
Pünhan
İsmayıllı 1966-cı
ildə
Qalınçaq
kəndində
anadan
olub.1973-1983-cü
illərdə
kənd
orta
məktəbində
təhsil
alıb, 1984-1986-cı
illərdə
hərbi
xidmətdə
olmuşdur. 1986-1990-cı
illərdə
Bakıda
ali
təhsil
alıb.
Azərbaycan
şeirinə,
poeziyasına
vurğunluğu,
qiraət
və
ifaçılıq
qabiliyyəti
onu
el
şənliklərinə,
toylara
cəlb
etdi
və
az
müddət
içərisində
o
bütün
respublikada
mahir
masabəyi
kimi
məşhurlaşdı,
Azərbaycanın
müxtəlif
guşələrinə,
el
şənliklərinə
dəvət
olunmağa
başladı.
Pünhan
öz
səsi,
ifaçılığı,
istedadı
sayəsində
masabəyiliyi
sənət
səviyyəsinə
qaldırıb, peşəkar
kimi
bu
sənətə
böyük
nüfuz
qazandırmışdır.
Tezliklə
onun
istedadı, səsi
ekranlara
yol
açdı,
kliplərə
çəkilməyə
başladı. 14
albom
müəllifi
olan
Pünhan
İsmayıllı “Ay
İsmayıllı”
albomunda
torpağa, Vətənə
bağlı
bir
insan
kimi
doğma
yurdunu
vəsf
edir. “Ana
laylası”, “Ömür
payı”, “Toy
olsun, olsun”
və
s.
albomları
da
geniş
tamaşaçı
rəğbətini
qazanmışdır.
Teymur
Mustafayev, Mənsum
İbrahimov, Könül
Xasıyeva,
Baloğlan
Əşrəfov, Aygün
Bayramova, Firuz
Səxavət,
gitaraçı
Rəmiş
və.
s
kimi
sənətkarlarla
məclislərində
birgə
çıxış
edən
P.İsmayıllının
səsi-sorağı
Azərbaycanın
hüdudlarını
aşdı.
Rusiya,
Ukraynanın
müxtəlif
şəhərlərinə,
Türkiyəyə,
İsrailə
dəvətlər
aldı,
Azərbaycan
sözünün
qüdrətini
xaricdə
ustalıqla
nümayiş
etdirdi.
Duyğuları
nəzmə
çəkən
Pünhan
İsmayıllının
doğma
rayonunu
tərənnüm
edən “Ay
İsmayıllı” şeirinə
bəstəkar
Faiq
Süleymanov
musiqi
bəstələyib
və
el
məclislərində sevilə-sevilə
ifa
olunur. |
||
| Oqtay Kamil | ||
| ; | ||







