BİZİM MƏKANA

XOŞ GƏLMİSİNİZ!

İsmayıllı.info səhifəsini ziyarət etdiyiniz üçün təşəkkürümüzü bildirməklə yanaşı  qeyd etmək istəyirik ki, doğma  Azərbaycanımızın əsrarəngiz təbiəti, saf insanları ilə seçilən İsmayıllı rayonu haqqında yaradılmış bu resurs  hələlik Sizləri bol-bol informasiya ilə təmin edə bilməsə də  hər halda  burada maraqlı məlumatlar əldə edə biləcəyinizə inanırıq. Əminik ki, bu resurs Sizlərin sayəsində getdikcə inkişaf edəcək və sərhədsiz informasiya məkanında sözün əsl mənasında  Bizim məkana çevrilə biləcəkdir. 

İsmayilli.info  saytını ziyarət edən  internet istifadəçilərindən bəzən haqlı bəzən haqsız iradlar eshidirik...  Əsas iradlar saytın qeyri-peşəkarlığı və informasiya kasadlığının olmasındadır. Bunu da qeyd etməyə məcburuq ki,  səhifə bir nəfərin texniki bir-neçə nəfərin isə mənəvi və yaradıcı dəstəyi hesabına yaradılıb. Biz o həmvətənlərimizin iradlarını səmimi qəbul edirik və edəcəyik ki, iradlarını səsləndirməklə kifayətlənməyib həm də ümumi işimizə fayda verməyə çalışacaqlar.

Sayt informasiya resursu olmaqdan başqa həm də bir-birimizlə ünsiyyət üçün  formalaşdırılıb. FORUM bölməsinə daxil olub qeydiyyatdan keçməklə müxtəlif mövzularda müzakirələrə qoşula və bir-birinizin fikirləri ilə  tanış ola bilərsiniz.

Ayrıca olaraq  fəaliyyətimizə dəstək olan bütün dostlarımıza təşəkkür edirəm. Ümumi işimizə fayda vermək üçün uyğun potensialı olmayan və heç olmasa quru söz ilə dəstəyini ifadə edən insanlar bizə işimizə davam etmək üçün daha artıq güc verirlər.  Bunun üçün də təşəkkürlər!!!

Bizim məkan haqqında təklif və iradlarınızı Əlaqə bölməsində göstərilən elektron poçt ünvanımızda gözləyirik.

 


Check Google Page Rank

Мусульманские праздники
Праздники Азербайджана